Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər- Foto

Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşmək məqsədilə hə­min əra­zidə olublar.

DSX-nin Mətbuat mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş za­­­manı Azərbaycan Res­pub­­likasının Prezidenti İlham Əli­ye­vin rəhbərliyi al­tın­da ko­ronavirus infeksiyasının yayılmasına qarşı mü­ba­rizə məqsədilə həyata keçiri­lən qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verilib, əhalinin sağlamlığının qorun­ma­sı üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tə­ləb­lərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma və­­ziy­yətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqla­nıl­ıb, xahiş və mü­ra­ciətləri dinlənilib, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­üb. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilib, vətəndaşların və şəx­si heyətin təhlü­kə­siz­­liyinin təmin edilməsi və sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilib, zəruri göstə­rişlər veril­ib. 

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­rilib. 

Tarix
29 Mart 2020 [16:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-29 16:39:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin