Polis Gəncədə apteklərdə reyd keçirib

Gəncədə polis apteklərdə reyd keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.

Polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, eləcə də əczaçılarla profilaktiki söhbətlər aparıblar.
Obyekt rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.

Bundan başqa, RPİ-nin əməkdaşları park və istirahət güşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıblar.

Tarix
29 Mart 2020 [13:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-29 13:27:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin