BŞİH: Dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır

Son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən Ucnoqta.az-a daxil olan məlumatda bildirilir ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə  və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə,  hüquq-mühafizə  orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.
Qaynar xətt: (012) 492-63-11

Tarix
29 Mart 2020 [12:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-29 12:29:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin