Bakıda altı yaşlı uşaq pnevmoniyadan öldü

12:41 - 28 Mart 2020 - Cəmiyyət

Martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyev vəfat edib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

İlkin məlumata görə, ölümə səbəb pnevmoniya olub. Pnevmoniyanın koronavirusa yoluxma nəticəsində yaranıb-yaranmadığı hələlik məlum deyil.

Xəbər xətti