Ölkə ərazisində hava şəraiti dəyişəcək - yağış yağacaq

15:21 - 27 Mart 2020 - Xəbər

Ölkə ərazisində hava şəratinin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər xətti