Bakı Uşaq və Gənclər Teatrının tamaşaları sosial şəbəkədə

19:48 - 25 Mart 2020 - Mədəniyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı olaraq bəşəriyyətin bəlasına çevrilən COVİD 19- koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə tamaşaçılarımızın evdən çıxmamaq şərtilə tamaşalarımıza baxa bilməsi üçün yeni bir təşşəbüs irəli sürüb.

Teatrın Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, tamaşaları aşağıda qeyd olunan tarixlərdə Bakı Uşaq və Gənclər Teatrının youtube, facebook, instagram səhifələrində izləyə bilərlər.
1. "Danışan Gəlincik" - 26 mart (uşaqlar üçün)
2. "Qucaqla məni" - 30 mart (31 mart soyqırımına həsr olunub, gənclər üçün)
3. *"Dovşanın evi"*- 3 aprel ( uşaqlar üçün)
4. "Göyçək Fatma" - 7 aprel ( uşaqlar üçün)
5. "Əyriqulaq dovşan" - 11 aprel (uşaqlar üçün)
6. "Günahsız Günahkarlar" - 15 aprel ( insan alverinə qarşı mübarizəyə həsr olunub)
7. "Çay dəstgahı" - 19 aprel ( uşaqlar üçün)
8. *"Sehrli Tütək"*- 23 aprel (uşaqlar üçün)
9. "Pəltək Cücə" - 27 aprel (uşaqlar üçün)
10. "Kimdir müqəssir" - 1 may (böyüklər üçün)
11. "Humayın yuxusu" - 5 may (uşaqlar üçün)

Xəbər xətti