Bakıda qadın pəncərənin şüşəsini silərkən 21-ci mərtəbədən yıxıldı

15:31 - 25 Mart 2020 - HADİSƏ

Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 21-də qeydə alınıb.  Belə ki, sözügedən ünvanda yaşayan 1991-ci il təvəllüdlü G.Məmmədova pəncərənin şüşəsini təmizləyən zaman yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti