Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildi

13:32 - 25 Mart 2020 - DÜNYA

Dünyanın ən çox əhalisinə sahib ikinci ölkəsi olan Hindistanda Baş nazir Narendra Modi vətəndaşlara 21 gün evlərindən çölə çıxmağa qadağa qoyub.

Sondakika.com xəbər verir ki, baş nazir bu qadağanı koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə etdiyini açıqlayıb. O, insanlardan bir-birilərindan uzaq qalmalarını istəyib.

Bunun tək çıxış yolu olduğunu vurğulayan Modi mərkəzi hökumət və əyalətlərin əsas ehtiyaclarını təmin etmək üçün səhiyyə sektorunun infrastrukturunu gücləndirmək məqsədilə iki milyard dollar ayrıldığını deyib.

Qeyd edək ki, 1,3 milyard insanın evlərindən çölə çıxmasının qadağan olunduğu Hindistanda koronavirus səbəbindən indiyə qədər 10 nəfər həyatını itirib.///oxu.az

Xəbər xətti