Hacıqabulda narkotik alverçiləri saxlanıldı

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a daxil olan məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz şəkildə əldə edib daşımasında şübhəli bilinən rayon sakini Tural Mehdiyev saxlanılıb. Baxış zamanı onun üzərindən 20 qram tiryək və 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T. Mehdiyevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Araşdırmalarla digər rayon sakini, əvvəllər məhkum edilmiş İbrahim Babayevin 120 manat müqabilində narkotiki satdığı məlum olub. Onun evinə baxış keçirilən zaman isə satış məqsədi ilə qablaşdırdığı 70 qrama yaxın qurudulmuş marixuana və həyətyanı sahəsində aqrotexniki qulluq edilərək becərilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma davam etdirilir.

Tarix
25 Mart 2020 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-25 12:30:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin