DİN küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.

Araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsi ərazisində küçədə ölən şəxsin xüsusi geyimli şəxslər tərəfindən meyitinin aparılmasını əks etdirən görüntülər yayılıb.

Tarix
25 Mart 2020 [11:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-25 11:36:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin