Fransa parlamenti fövqəladə vəziyyət haqqında qanun layihəsini təsdiqləyib

12:26 - 23 Mart 2020 - DÜNYA

Fransa Milli Məclisi və Senatı (parlamentin aşağı və yuxarı palataları) ölkədə koronavirus epidemiyasının yayılması fonunda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qanunun qəbul edilməsinin lehinə səs verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qanun Fransa prezidenti Emmanuel Makronun imzasından sonra qüvvəyə minəcək. Bildirilir ki, qanun qüvvəyə mindikdən sonra ölkədə fövqəladə vəziyyətin uzadılması üçün yeni qanunun qəbul edilməsi lazım olacaq.

Xəbər xətti