Paulo Dibala və sevgilisi koronavirusa yoluxub

23:09 - 21 Mart 2020 - İDMAN

"Yuventus"un daha bir futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.

Hücumçu Paulo Dibalanın testləri müsbət nəticə verib. Bu barədə argentinalı superulduz özü məlumat yayıb. O bildirib ki, həm özünün, həm də sevgilisi Oriana Sabatininin koronavirusa yoluxduğu müəyyənləşib. Onlar artıq karantinə alınıblar.

Qeyd edək ki, bundan əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqani və yarımmüdafiəçisi Blez Matuididə də koronavirus xəstəliyi aşkarlanıb.///apa

Xəbər xətti