Salyanda 30 yaşlı kişi bıçaqlandı

18:31 - 21 Mart 2020 - HADİSƏ

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Qardili kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Babayev Elmir Namiq oğlu sol qabırğa altının kəsilmiş-deyilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Yaralı əməliyyat olunduqdan sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

İlkin məlumata görə, E.Babayev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti