Ölkə ərazisində faktiki hava açıqlanıb

22:52 - 16 Mart 2020 - ÖLKƏ İÇİ

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin martın 16-sı saat 22:00-a olan məlumatına görə, ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tər-tər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Sumqayıt və Zabratda 20 m/s, Bakıda 26 m/s, Maştağada 25 m/s, Neft Daşlarında 23 m/s- dək güclənib.

Şahbuz, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Yevlax,  Bərdə, Göyçay, Tər-tər, Zərdab, Yardımlı, Lənkəran, Astara, Kişçay (Şəki) və Xaltanda yağış, Şahdağ, Qrız,  Xınalıq, Sarıbaş(Şəki), Gədəbəy, Daşkəsən və Göygöldə qar yağıb.

Xəbər xətti