Bəhruz Məhərrəmov: Prezidentin parlamentdəki çıxışı deputatlar üçün yol xəritəsidir

18:12 - 14 Mart 2020 - SİYASƏT

VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev dərinməzmunlu, proqram xarakterli çıxış etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 9 fevral parlament seçkiləri uğurla keçirildi və Azərbaycan xalqının iradəsini əks etdirdi. Onun sözlərinə görə, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. VI çağırış Milli Məclisin çoxpartiyalı sistem əsasında formalaşması, həm parlament rəhbərliyinin, həm də komitə rəhbərliyinin də bu əsasda formalaşması bir daha Azərbaycanın demokratik prinsiplərə sadiqliyini ifadə edir.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. Deputat qeyd edib ki, Prezidentin parlamentdəki çıxışı deputatlar üçün yol xəritəsi oldu. Azərbaycan Prezidenti qeyd etdi ki, Milli Məclisin üzvləri beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməlidirlər, bu təşkilatlarda fəallıq daha da yüksək olmalıdır: “Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir”.

B.Məhərrəmov, həmçinin əlavə edib ki, dövlətimizin başçısı icra orqanları ilə parlament arasında əlaqə yaratdı. Belə ki, Prezident dövlət idarəçiliyində Milli Məclisin yerini xüsusi vurğuladı. “Dövlətimizin başçısı Milli Məclisin deputatlarının qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələr verdi. Prezident qeyd etdi ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar” , - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Xəbər xətti