Milli Məclisin komitələri koronavirusla mübarizəni müzakirə edəcək

20:58 - 13 Mart 2020 - SİYASƏT

Milli Məclisin komitələrinin birgə iclasında koronavirus (Covid-19) infeksiyası ilə bağlı məsələ müzakirə olunacaq.

Bu məsələ Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçirilən iclasının gündəliyinə salınıb. İclasda koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq.

Xəbər xətti