Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzaladı:

Son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq

Ə M R E D İ R Ə M :

I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınsın.

Bakı şəhəri, 13 mart 2020-ci il

PFL-in prezidenti Ramin Musayev

Qeyd edək ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək./report

 

 

Tarix
13 Mart 2020 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-13 18:35:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin