Bakıda maşın ana və azyaşlı uşağı belə vurdu - ANBAAN VİDEO

Bakıda yay aylarında baş vermiş piyadavurma hadisəsinin görüntüləri yayılıb.

Piyadalar üçün nəzərdə tutulmayan ərazidən keçən ana və uşağı "VAZ 2107" markalı avtomobil vurur. Maraqlıdır ki, həmin vaxt yolun ortasında digər bir ana uşağın əlindən tutaraq dayanıb. Həmçinin piyadalar kütləvi şəkildə yolu avtomobillərin arasından keçirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, təəssüf ki, bu cür acı hadisələr paytaxt küçələrində tez-tez baş verir. "Burada piyada məsuliyyətsizliyi, sürücü diqqətsizliyi böyük rol oynayır. Amma xüsusilə azyaşlı uşaqlarla birlikdə yolu bu cür keçmək olmaz. Dəfələrlə xəbərdarlıq, maaifləndirmə aparılsa da insanlar hələ ki, qaydalara riayət etmək istəmir. Görünür daha ciddi tədbirlərə ehtiyac var. Bir daha atalara, analara səsələnərək bildirirəm ki, özlərinin övladlarının həyatını təhlükəyə atmasınlar. hətta bir kilometr artıq məsafə qət etmək belə sizin həyatınızdan dəyərli deyil."

Tarix
12 Mart 2020 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-12 10:49:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin