Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

09:14 - 12 Mart 2020 - İDMAN

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub. 

Məlumata görə, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra bu ada İtaliya "Atalanta"sından Yosip İliçiç, Almaniya "Leyptsiq"indən Marsel Zabitser, Fransa "PSJ"sindən Xuan Bernat və İspaniya "Atletiko"sundan Yan Oblak iddia edirlər.

İliçiç İspaniyada "Valensiya"nı 4:3 hesabı ilə məğlub etdikləri görüşdə 4 qol vuraraq poker edib.

Zabitser evdə İngiltərə təmsilçisi "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda iki qolun müəllifi olub.

Bernat isə Almaniya "Borussiya"sını (Dortmund) məğlub etdikləri matçda fərqlənə bilib. Yan Oblak əlavə vaxtda İngiltərədə "Liverpul"u 2:3 hesabı ilə yendikləri oyunda qurtarışları ilə yadda qalıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək./report

Xəbər xətti