"Yuventus"un futbolçusu koronavirusa yoluxdu

09:37 - 12 Mart 2020 - Xəbər

“Yuventus”un futbolçusu Daniele Ruqani koronavirusa yoluxub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həm italiyalı müdafiəçi, həm də onunla ünsiyyətdə olan hər kəs karantinə alınıb. 2015-ci ildən Turin kubunda çıxış edən 29 yaşlı futbolçu bu mövsüm A Seriyasında 3 oyuna çıxıb.

Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada bütün futbol yarışları dayandırılıb./qol.az

Xəbər xətti