“Yuventus”un futbolçusu Daniele Ruqani koronavirusa yoluxub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həm italiyalı müdafiəçi, həm də onunla ünsiyyətdə olan hər kəs karantinə alınıb. 2015-ci ildən Turin kubunda çıxış edən 29 yaşlı futbolçu bu mövsüm A Seriyasında 3 oyuna çıxıb.
Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada bütün futbol yarışları dayandırılıb./qol.az