OPEC 2020-ci ildə Azərbaycan neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

2020-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,01 milyon barel azalaraq 0,77 milyon barel/sutka təşkil edəcək.

Bu barədə OPEC-in neft bazarı haqqında mart hesabatında deyilir. Fevral hesabatında Azərbaycanda neft hasilatının 0,01 milyon barel artacağı proqnozlaşdırılırdı. OPEC-in məlumatlarına əsasən, yanvar ayında ölkədə 0,79 milyon barel/sutka maye karbohidrogen hasil olunub ki, bu da 2019-cu ilin dekabrı ilə müqayisədə dəyişməz qalıb.

Hesabat dövründə 665 min barel/sutka neft hasil olunub. Bu göstərici 2019-cu ilin dekabrı ilə müqayisədə 2 min barel/sutka azdır.
2019-cu ildə Azərbaycanda neft hasilatı 0,002 milyon barel/sutka azalıb və 0,79 milyon barel/sutka təşkil edib./trend

Tarix
11 Mart 2020 [18:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-11 18:20:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin