ÜST-nin Azərbaycan bürosundan ÇAĞIRIŞ

21:53 - 7 Mart 2020 - Xəbər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan bürosu (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma (damğa) və diskriminasiya müşahidə edilməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir: 

“Stiqma...

- diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə;

- tibbi yardıma dərhal müraciət etməkdən çəkindirə;

- gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər.

Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və diskriminasiyaya yol verməməliyik”.

Xəbər xətti