Ucnoqta.az
www.ucnoqta.az

ÜST-nin Azərbaycan bürosundan <font color=red><b>ÇAĞIRIŞ</b></font>

21:53 - 7 Mart 2020 tarixində dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan bürosu (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma (damğa) və diskriminasiya müşahidə edilməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir: 

“Stiqma...

- diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə;

- tibbi yardıma dərhal müraciət etməkdən çəkindirə;

- gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər.

Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və diskriminasiyaya yol verməməliyik”.

Müəllif: