Abşeronda 35 yaşlı qadın dəm qazından ölüb

09:53 - 7 Mart 2020 - HADİSƏ

Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.

Hadisə Saray qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb. 35 yaşlı qadının hamilə olduğu bildirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti