Azərbaycanın “Eurovision” mahnısı məlum oldu- Video

İctimai Televiziya Azərbaycanı “Eurovision-2020” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin ifa edəcəyi mahnını müəyyənləşdirib.

Bu barədə "İnfe Azerbaijan" məlumat yayıb. İddiaya görə, kanal “Scars” və “Cleopatra” arasında seçim edərək Avropa səhnəsində səsləndiriləcək bəstə barədə qərara gəlib. Belə ki, Samirə Niderlandda keçiriləcək yarışmada  “Cleopatra” ilə çıxış edəcək. Artıq bəstəyə klip də çəkilib.

Mahnı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, hər iki mahnının demo versiyası internetdə qeyri-rəsmi şəkildə yayılmışdı./qafqazinfo

Tarix
4 Mart 2020 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-04 10:05:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin