Bakıda 16 yaşlı qız dəm qazından öldü

09:26 - 4 Mart 2020 - HADİSƏ

Bakıda yeniyetmə qız dəm qazından ölüb.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Yeniyetmə qızın meyiti hamamda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb./trend

 

Xəbər xətti