ABŞ-da qasırğa nəticəsində ölənlər var

17:40 - 3 Mart 2020 - Xəbər

ABŞ-ın Tenessi ştatının Naşvill şəhəri yaxınlığında ötən gecə tornado nəticəsində 6 nəfər ölüb.


“Report” CNN-ə istinadən xəbər verir ki, bütövlükdə ştat ərazisində ölənlər azı 8 nəfərdir.

Naşvill Yanğın Departamentinin məlumatına görə, təbii fəlakət nəticəsində 40-dək binanın dağıldığı, dağıntılar altında qalanların olduğu bildirilir. Şəhər ərazi xəstəxanasına 20-dək sakinin yerləşdirildiyi bildirilir.

Həmçinin elektrik xətlərinin sıradan çıxması üzündən 44 mindən artıq əhali işıqsız qalıb.

Xəbər xətti