Mingəçevirdə beşmərtəbəli yataqxananın tavanı çökdü

17:09 - 3 Mart 2020 - HADİSƏ

Mingəçevir şəhərində yataqxanada uçqun hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospekti 821 ünvanında yerləşən beşmərtəbəli yataqxanada qeydə alınıb. Yataqxana binasının tavanı uçub.

Mingəçevir şəhər İcra Hakimiyyətindən faktı təstiqləyiblər.

İcra Hakimiyyətindən Trend-ə bildirib ki, adıçəkilən yataqxananın tavanının təxminən bir kvadratmetrlik hissəsi qopub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Problemin aradan qaldırılması üçün iş aparılır.

Xəbər xətti