Məktəblərdə tətil müddəti uzadıla bilər - RƏSMİ

16:38 - 3 Mart 2020 - Cəmiyyət

“Martın 10-u dərs günü olmaqla, martın 3-dən martın 10-na qədər bütün təhsil müəssisələrində tədrisin dayandırılması qərarı verilib.

Əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov “ATV Aktual" verilişində deyib.

Onun sözlərinə görə, hələlik bu məsələ gündəmdə deyil./oxu.az

 

Xəbər xətti