Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.