Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Vilayət Eyvazov Narkotiklərlə Mübarizə İdarəsini ləğv etdi</b></font>

12:18 - 3 Mart 2020 tarixində dərc olunub.

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.
 

Müəllif: