Yunan hərbçilər miqrantların qayığını batırmaq istədi - Video

21:24 - 2 Mart 2020 - Xəbər

Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları Qərbə getmək istəyən miqrantların gəmisini batırmağa cəhd edib.

“Report” TRT-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Yunanıstanla su sərhədində - Bodrum rayonunun yaxınlığında baş verib. Hərbçilər qayığa qarşı təhlükəli manevrlər edib, atəş açıb və uzun zopa ilə onu batırmağa çalışıblar.

Qaçqınları faciədən Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları qurtarıblar.
 

Xəbər xətti