Bakıda yolda vurulan piyada yerindəcə ölüb

19:25 - 2 Mart 2020 - HADİSƏ

Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də saat 5 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır./trend

 

Xəbər xətti