İlhamə Quliyevanın ölüm SƏBƏBİ- "Bütün əti çürümüşdü ..."- VİDEO

17:09 - 2 Mart 2020 - Xəbər

Dörd il əvvəl vəfat edən Xalq artisti İlhamə Quliyevanın qəfil ölüm səbəbi hələ də sirr olaraq qalır.

Tanınmış aparıcı Elgiz Əkbər mərhum primadonna ilə bağlı bəzi sirləri ARB-nin "Səhər-səhər" proqramında açıb: "İlhamə xanım o vaxt ayaqlarını estetik əməliyyat etdirdi. Keyfiyyətsiz gel vurdular, o da ayağına çürümə verdi. Vəziyyəti ondan sonra ağırlaşdı".

Rövşanə Ağasəfqızı həmkarının söylədiklərini təsdiqləyib: "Mən onu xəstəxanada ziyarət etdim. Ayağını açıb bir hissəsini göstərdi. Dəhşətli mənzərə idi, bütün əti çürümüşdü, sümüyü qalmışdı. Çox dəhşətli idi, qırmızılı, irinli idi. Qadına yazığım gəldi. O gözəllikdə qadını nə günə qoymuşdular. Bir ayağı tam çürümüşdü"./baku.ws

Xəbər xətti