Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın İdlib şəhərində keçirdiyi əməliyyatlar nəticəsində İrana dəstək verən 21 terrorçu öldürülüb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Suriyada İrana bağlı silahlı qüvvələrdən hesab olunan Zeynebbiyyun batalyonundan 18, Fatimiyyundan isə 3 nəfər öldürülüb. Öldürülənlərin sabah Qum şəhərindəki Fatıma-i Məsumə məqbərəsində cənazə mərasimlərinin keçiriləcəyi və Masumə qəbiristanlığında dəfn ediləcəyi açıqlanıb.
Hazırda İran İnqilab Keşikçiləri, Qüds Briqadası, Nüceba Hərəkatı, Bakirə Briqadası, 104-cü Briqada və 4-cü Partiyanın Geys qüvvələrindən ibarət qoşunlar İdlib və Hələbdə rejim qüvvələri ilə birlikdə türklərə qarşı vuruşur.