Ucnoqta.az
www.ucnoqta.az

Türk ordusundan <font color=red><b>ŞİDDƏTLİ HÜCUM</b></font> - 21 terrorçu məhv edildi

00:07 - 1 Mart 2020 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın İdlib şəhərində keçirdiyi əməliyyatlar nəticəsində İrana dəstək verən 21 terrorçu öldürülüb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Suriyada İrana bağlı silahlı qüvvələrdən hesab olunan Zeynebbiyyun batalyonundan 18, Fatimiyyundan isə 3 nəfər öldürülüb. Öldürülənlərin sabah Qum şəhərindəki Fatıma-i Məsumə məqbərəsində cənazə mərasimlərinin keçiriləcəyi və Masumə qəbiristanlığında dəfn ediləcəyi açıqlanıb.

Hazırda İran İnqilab Keşikçiləri, Qüds Briqadası, Nüceba Hərəkatı, Bakirə Briqadası, 104-cü Briqada və 4-cü Partiyanın Geys qüvvələrindən ibarət qoşunlar İdlib və Hələbdə rejim qüvvələri ilə birlikdə türklərə qarşı vuruşur.

Müəllif: