54 yaşlı qadını it dişlədi

10:02 - 29 Fevral 2020 - HADİSƏ

Şəkidə 54 yaşlı qadını it dişləyib.

Məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Kicik Dəhnə kəndində baş verib. Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Mirzəhəsənova Rübabə Qurban qızı küçədə gedərkən sahibsiz it ona hücum edərək sağ ayağının bud nayihəsini dişləyib.Yaralı yaxınları tərəfindən Şəki rayon mərkəzi xəstəxanasına gətirilib.

Xəstəxanada R.Mirzəhəsənovaya yardım göstərilib, yarası yuyulub və quduzluğa qarşı peyvənd olunduqdan sonra ambulator müayinə üçün evə buraxılıb./qafqazinfo

Xəbər xətti