Azərbaycanın bəzi ölkələrlə sərhədləri bağlana bilər

18:55 - 28 Fevral 2020 - Xəbər

Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.

Bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür: "Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhədi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək"./trend

 

Xəbər xətti