UEFA bu ölkədə futbol oyunlarını təxirə saldı

17:50 - 28 Fevral 2020 - İDMAN

UEFA Gənclər Liqasının 1/8 final mərhələsində martın 4-də keçirilməli olan "İnter" (İtaliya) - "Renn" (Fransa) və "Atalanta" (İtaliya) - "Lion" (Fransa) görüşləri təxirə salınıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar İtaliyada yayılan koronavirus epidemiyasına görə qəbul olunub. "İnter"in oyunu martın 10-da baş tutacaq. "Atalanta"nın Fransa təmsilçisi ilə qarşılaşmasının dəqiq vaxtı barədə isə gələn həftə açıqlama veriləcək.

Qeyd edək ki, İtaiyada 650 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 17 nəfəri dünyasını dəyişib.

Xəbər xətti