Ana səhifə Mobil versiya
18 Sentyabr 2020

Azərbaycanın "Avroviziya-2020" təmsilçisi Açıqlandı- FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

İTV-dən APA-ya verilən məlumata görə, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samira Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.

Təmsilçi musiqi produserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", “Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan  Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” ("Açıl!") olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Avroviziya-2020" Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

Tarix
28 Fevral 2020 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-28 12:35:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin