Vilayət Eyvazovdan yeni TƏYİNAT

11:10 - 28 Fevral 2020 - Xəbər

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə polis mayoru Qara Abdullayev təyin edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.

Xəbər xətti