Bərdədə qadın əri və qonşusu tərəfindən döyülərək öldürüldü

10:30 - 28 Fevral 2020 - HADİSƏ

Bərdə rayonunda qadın döyülərək qətlə yetirilib.

Hadisə rayonun Zümürxan kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızının üzərində xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Zümürxan kənd icra nümayəndəsi Mübariz Abbasov Trend-ə açıqlamasında bildirib ki, hadisədə qadının həyat yoldaşı Vahid İbadov və 25 yaşlı qonşu oğlan şübhəli şəxs qismində saxlanılıb: "İlkin məlumata görə, qadının baş nahiyəsinə taxta parçası ilə vurub öldürüblər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil".

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti