İtkin düşən 5 nəfər tapılıb

09:41 - 28 Fevral 2020 - Xəbər

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də 35 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 3, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xəbər xətti