Bakıda azyaşlı 7-ci mərtəbədən yıxılıb

19:37 - 27 Fevral 2020 - HADİSƏ

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə paytaxtın Nəriman Nərimanov rayonu Ağa Nemətulla küçəsində qeydə alınıb.

3 yaşlı Renat Ağayev hündürmərtəbəli binanın 7-ci mərtəbəsinin eyvanından yerə yıxılıb.

O, ağır vəziyyətdə tibb müəssisələrindən birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa

 

Xəbər xətti