Bakıda işıqlar söndü- metroda qatarların hərəkətində problem yarandı (Yenilənib)

16:49 - 27 Fevral 2020 - Xəbər

Saat 15:48-də “Bakı Metopoliteni”nə gələn elektrik xətlərinə cərəyan verilməsi müvəqqəti olaraq dayanıb.

Bu barədə Oxu.Az-a “Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, yaranan fasilə metroda qatarların hərəkətində problem yaradıb:

“Hazırda metroya gələn elektrik xətlərində yaranan problem aradan qaldırılıb. Yalnız “Xalqlar Dostluğu”, “Həzi Aslanov” və “Elmlər Akademiyası” stansiyalarında gələn elektrik enerjisində dayanıqlılıq yoxdur. Bu səbəbdən üç stansiyanın fəaliyyəti dayandırılıb. Tunellərdə qalan qatarlar dizel generatorlarının köməyilə stansiyalara çıxarılıb. Sərnişinlər stansiyalardan təxliyyə olunur”.


16:33

Bir qədər əvvəl Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

Bakı metrosunda da gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından "Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub.

Əlavə məlumat veriləcək.
 

Xəbər xətti