Qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğləri açıqlanıb

Azərbaycanda qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğləri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Arzu Səmədova jurnalistlərə açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 258-ci, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrinə görə, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

"Qanunvericiliyə görə, qanunsuz ovla bağlı cərimələrin miqdarı ovlanan heyvanlara görə dəyişir. Məsələn, bir baş bəbiri qanunsuz ovlamaq 3300 manat, bir ceyran ovlamaq 550 manat, qonur ayı üçün 440 manat, şahin quşu üçün 1100 manat, bəzgək üçün 330 manat, dovdaq üçün 550 manat, turac üçün 330 manat, qu quşu üçün isə cərimə məbləği 550 manatdır. Sadalanan heyvan növləri dövlət təbiət qoruqları ərazisində və ya milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər heyvan növü üçün təyin olunmuş məbləğ 3 qat hesablanır. Belə ki, həmin ərazilərdə bir baş bəbir qanunsuz ovlanarsa 9900 manat, ceyran üçün 1650 manat, qonur ayı üçün 1320 manat, şahin quşu üçün 3300 manat, bəzgək üçün 990 manat, dovdaq üçün 1650 manat, turac üçün 990 manat, qu quşu üçun isə 1650 manat cərimə tətbiq edilir".

Tarix
27 Fevral 2020 [11:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-27 11:57:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin