Bakıda kütləvi dava: Yaralılar var

10:40 - 27 Fevral 2020 - HADİSƏ

Bakıda kütləvi dava olub.

Hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib.

Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri - 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb./oxu.az

 

Xəbər xətti