Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kütləvi dava:<font color=red><b> Yaralılar var</b></font>

10:40 - 27 Fevral 2020 tarixində dərc olunub.

Bakıda kütləvi dava olub.

Hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib.

Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri - 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb./oxu.az

 

Müəllif: