Gəncədə məktəbli qız evdə ölü tapıldı

10:27 - 27 Fevral 2020 - HADİSƏ

Gəncə şəhərində yeniyetmə qız dəm qazından boğulub.

Hadisə Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Rəhimov küçəsi 15-də baş verib. Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü məktəbli Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Ailə üzvləri qızın meyitini hamamda aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti